"Qarabağ"ın Avroliqadakı rəqibləri müəyyənləşdi

İDMAN
15:38 / 26.08.2022
1600

Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

HİT.az xəbər verir ki, Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi "Qarabağ"ın da rəqibləri müəyyənləşib.

Azərbaycan çempionu G qrupuna düşüb. "Qarabağ" növbəti mərhələyə vəsiqə uğrunda "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant" (Fransa) klubları ilə mübarizə aparacaq.

0