Almaniyanın Frankfurt şəhərində 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
HİT.az xəbər verir ki, "Festhalle" sərgi mərkəzində keçirilən tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib.
Canni De Byazinin baş məşqçi olduğu kollektiv Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.
Türkiyə millisi Ermənistanla birlikdə D qrupunda çıxış edəcək. Bu qrupda həmçinin Xorvatiya, Uels və Latviya milliləri də mübarizə aparacaq.
Qeyd edək ki, seçmə mərhələdə qruplarda ilk iki pilləni tutan milli komandalar birbaşa AVRO-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-offa vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq.
Almaniya yığması ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə qazanıb. Bundestim A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənarda qalacaq.
A qrupu
İspaniya
Şotlandiya
Norveç
Gürcüstan
Kipr
B qrupu
Niderland
Fransa
İrlandiya
Yunanıstan
Cəbəllütariq
C qrupu
İtaliya
İngiltərə
Ukrayna
Şimali Makedoniya
Malta
D qrupu
Xorvatiya
Uels
Ermənistan
Türkiyə
Latviya
E qrupu
Polşa
Çexiya
Albaniya
Farer adaları
Moldova
F qrupu
Belçika
Avstriya
İsveç
Azərbaycan
Estoniya
G qrupu
Macarıstan
Serbiya
Monteneqro
Bolqarıstan
Litva
H qrupu
Danimarka
Finlandiya
Sloveniya
Qazaxıstan
Şimali İrlandiya
San Marino
I qrupu
İsveçrə
İsrail
Rumıniya
Kosovo
Belarus
Andorra
J qrupu
Portuqaliya
Bosniya və Herseqovina
İslandiya
Lüksemburq
Slovakiya
Lixtenşteyn