Türkiyə Super Liqasında sistem dəyişir? - ŞOK AÇIQLAMA

İDMAN
19:21 / 19.09.2023
622

Türkiyə Super Liqasında sistem dəyişə bilər.

HİT.az xəbər verir ki, gələcək mövsümdən etibarən Super Liqada "play-off" və "play-out" sistemi tətbiq oluna bilər.

Bununla bağlı sabiq hakim, məşhur idman eksperti Erman Toroğlu açıqlama verib. O, yeniliyə keçidin gələn il mümkün olacağını deyib:
"Mənə gələn məlumatlara əsasən, gələn ildən "play-off" və "play-out" sisteminə keçilməsi ilə bağlı ciddi hazırlıq gedir. Biz izləyicilərə indidən deyirik ki, hazırlıqlı olsunlar. Çünki bunun baş vermə ehtimalı çox yüksəkdir".

Qeyd edək ki, bir müddət öncə əfsanəvi futbolçu, tanınmış idman eksperti Rıdvan Dilmən də yeni mövsümdə Super Liqada sözügedən sistemə keçid ola biləcəyini demişdi. 

Pərviz

0