Bu gün tarixin vərəqlərində 5 noyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün bir sıra tarixi hadisələrlə yadda qalıb.
Həmçinin, 5 noyabr bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin vəfat günü də bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Böyük Britaniya və Yeni Zelandiyada Qay Foks Gecəsi, Panamada isə Kolon Günü kimi qeyd olunur. Beləliklə, tarixin 5 noyabrına nəzər salırıq.
5 noyabrda baş verənlər:
2000-ci ildə Azərbaycanda parlament seçkiləri keçirilib. Həmçinin, 1840-cı ildə Əfqanıstan Britaniyaya təslim olub. 1854-cü ildə Britaniya-Fransız birləşmiş donanması Krım müharibəsində Rusiya donanmasını məğlub edib. 1895-ci ildə Nyu-Yorkun Roçester şəhərindən olan Corc B. Selden benzinlə işləyən avtomobil üçün ilk ABŞ patentini alıb.
1912-ci ildə Vudro Vilson ABŞ-də keçirilən prezident seçkilərində qalib gəlib. 1914-cü ildə Böyük Britaniya və Fransa Osmanlı İmperiyasına müharibə elan ediblər. 1914-cü ildə Kiprin idarəçiliyi Osmanlı İmperiyasından Birləşmiş Krallığa keçib. 1919-cu ildə Qaziantep Fransa qüvvələri tərəfindən işğal edilib. 1943-cü ildə İkinci Dünya müharibəsi gedişində Vatikan bombalanıb. 1996-cı ildə Bill Klinton ABŞ-də keçirilən prezident seçkilərində qalib gəlib.
5 noyabrda doğulanlar:
1888-ci ildə general Rüstəm xan Xoyski, 1948-ci ildə şair Baba Pünhan, 1952-ci ildə diplomat Vilayət Quliyev və 1962-ci ildə Xalq artisti, xanəndə Mələkxanım Əyyubova dünyaya gəlib.
Həmçinin, 1615-ci ildə Osmanlı imperatoru İbrahim, 1854-cü ildə fransız kimyaçı Pol Sabatye, 1873-cü ildə Avstraliya yüngül atleti və tennisçisi Edvin Flek, 1921-ci ildə macarıstanlı pianoçu Dyörd Tsifra, 1952-ci ildə ukraynalı futbolçu və baş məşqçi Oleq Bloxin, 1954-cü ildə rusiyalı tərcüməçi Natalya Maqnat və 1963-cü ildə İsrailin sabiq baş naziri Yair Lapid doğulub.
5 noyabrda vəfat edənlər:
1370-ci ildə Polşa kralı III Kazimir, 1879-cu ildə şotlandiyalı riyaziyyatçı Ceyms Maksvell, 1977-ci ildə rus şaxtaçısı Aleksey Staxanov, 1989-cu ildə amerikalı və rusiyalı pianoçu Vladimir Horovits, 2005-ci ildə ingilis yazıçısı Con Faulz və 2006-cı ildə Türkiyənin keçmiş baş naziri Bülənt Əcəvit vəfat edib.
Pərviz

