Super Liqaya gələn ən bahalı 10 futbolçu - SİYAHI

İDMAN
17:50 / 20.11.2023
680

Futbol bir çox insan üçün ən böyük tutqudur.

Bu oyun o qədər sevirik ki, bəzən həyatımızın mərkəzinə belə qoyuruq. Düzdür, futbolun bəzəyi qoldur, amma transfer sezonları da bu oyunun ən həyəcanlı dönəmləridir. Ötən dəfə qardaş Türkiyədən satılan ən bahalı 10 futbolçuya nəzər salmışdıq. İndi isə Super Liqaya ən yüksək məbləğdə transfer olunan futbolçulara baxacağıq...

HİT.az Türkiyə Super Liqasına gələn ən bahalı futbolçulardan ibarət TOP-10 listəsini təqdim edir:

1. Mario Jardel
Türk futbolunun ən bahalı transferi Jardeldir. "Qalatasaray" 2000-2001 mövsümündə ulduz futbolçunu Portuqaliyanın "Porto" komandasından 17,05 milyon avroya transfer edib.

2. Cengiz Ünder
İkinci sırada isə yeni transfer var. "Fənərbağça" 2023-2024 mövsümü üçün bu yayda Fransanın "Marsel" klubundan Cengiz Ünderi 15 milyon avroya heyətinə qatdı.

3. Nikolo Zaniolo
"Qalatasaray" da 23 yaşlı futbolçunun keçidi üçün 2022-2023 mövsümündə İtaliyanın "Roma" klubuna 15 milyon avro ödəyib.

4. Dani Quiza
"Fənərbağça" 2008-2009 mövsümündə İspaniyanın "Malyorka" klubuna 14 milyon avro ödəyərək Quizanı transfer edib.

5. Mbaye Diagne 
Siyahıda ən bahalı daxili transfer var. Belə ki, "Qalatasaray" 2018-2019 mövsümündə 27 yaşlı futbolçu üçün "Kasımpaşa"ya 13 milyon avro pul ödəyib.

6. Emmanuel Emenike
"Fənərbağça" Rusiyanın "Spartak Moskva" komandasına 2013-2014 mövsümündə 13 milyon avro ödəyərək, Emenikeni transfer edib.

7. Bruma
"Qalatasaray" 2013-2014 mövsümündə gələcəyin Ronaldosu olaraq göstərilən 18 yaşlı Brumanı Portuqaliyanın "Sportinq" klubundan transfer etmək üçün 13 milyon avrosundan keçib.

8. Mauro İkardi
Siyahıya ən effektli və sevilən transferlə davam edirik. Gəldiyi ilk gündən azarkeşlərin bağrına basdığı argentinalı dünya ulduzu Mauro İkardi üçün "Qalatasaray" ötən yay Fransanın PSJ klubuna 10 milyon avro ödəyib.

9. Yunes Belhanda
"Qalatasaray" Belhandanı 2017-2018 mövsümündə Ukraynanın "Dinamo Kiyev" komandasından 10 milyon avroya transfer edib.

10. Raul Meyreles
"Fənərbağça" 2012-2013 mövsümündə İngiltərənin "Çelsi" klubundan dünya ulduzu Raul Meyrelesi 10 milyon avroya transfer edib.

Qeyd edək ki, Super Liqanın ən bahalı 10 transferi də 2 İstanbul klubunun adına yazılıb. Siyahıda "Qalatasaray" 6, "Fənərbağça" isə 4 futbolçu ilə yer alıb.

Pərviz

0