AFFA-nın yeni yeni prezidenti kim olacaq? - Qurumdan açıqlama

İDMAN
17:29 / 22.03.2024
296

Martın 1-də AFFA İcraiyyə Komitəsinin  növbəti iclası keçirilib.

İclasda AFFA-nın növbəti Hesabat-Seçki Konfransının vaxtı müəyyənləşib. Belə ki, Konfrans aprelin 2-nə təyin edilib.

Qeyd edək ki, AFFA-nın hazırkı prezidenti Rövnəq Abdullayev növbəti seçkilərdə namizəd olmayacağını açıqlayıb.

Bəs artıq namizədliyini irəli sürənlər varmı? Kim növbəti müddətdə AFFA-nın prezidenti ola bilər?

Modern.az məsələ barədə AFFA ilə əlaqə saxlayıb.

Qurumun Mətbuat katibi Elnur Məmmədli saytımıza açıqlamasında namizədliyini verənlər haqda məlumatının olmadığını bildirib.

AFFA-nın mətbuat katibi söyləyib ki, namizədliyini irəli sürmək istəyənlərin bu gün saat 12-yə kimi vaxtı var:

"Namizədlərin irəli sürülməsi prosesi bu gün 12-də başa çatacaq. AFFA prezidentliyinə namizədlərin irəli sürülüb-sürülməməsi barədə məlumat verəcəyik".

0