Bu klub növbəti mövsümdən bölgədə çıxış edəcək

23:55 / 14.07.2024
688

Növbəti mövsümdən II Liqada mübarizə aparacaq "Hypers" Qubaya köçüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, komanda "Hypers GUBA" adı altında fəaliyyət göstərəcək.

Klub ev oyunlarını "Quba Arena"da keçirəcək. (offsideplus.az)

0