Yeni mövsümdə 3-cü final XƏBƏRİ

MƏDƏNİYYƏT
09:40 / 29.09.2026
181

Türkiyədə yeni mövsümün başlamasının ardından bir çox serial final etmək məcburiyyətində qalır.

Hit.az xəbər verir ki, “Star” telekanalında yayımlanan “Çirkin” serialının da aqibəti bəlli olub.

Keçən sezona yaxşı başlayan ekran işinin yeni mövsümdə reytinqləri xeyli azalmışdı. Bunun ardından layihənin bitirilməsinə qərar verildi. Beləliklə, “Çirkin” 11-ci bölümü ilə ekranlara vida edəcək.

Xatırladaq ki, ötən günlərdə “A.B.İ.” və “Aşk ve Taht” barəsində də final qərarı verilib.

Pərviz

0