"Samir Abbasov "Neftçi"yə qalib ruhunu qaytaracaq" - RƏY

İDMAN
10:15 / 24.10.2024
69

"Samir Abbasovun "Neftçi"də qarşısında duran bir sıra vəzifələr var". 

Bu sözləri futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, hazırda paytaxt klubunun daxilində və futbolçular arasında bəzi problemlər var:

"Samir Abbasov da ilk olaraq bunları aradan qaldırmalıdır. Bütün futbolçuları yenidən bir hədəfə kökləməli və öz oyun üslubunu onlara çatdırmalıdır. Samir Abbasovun bacarığı da, savadı da bütün bunların öhdəsindən gəlməyə imkan verir". 

360748

Ekspert qeyd edib ki, Samir Abbasov yenidən "Neftçi"yə qalib ruhunu geri qaytarmalıdır:

"Çünki uzun müddətdir komandanın qələbə ruhu itib. Hərçənd ki, "Neftçi" kimi komandanın futbolçuları qələbə qazanmağa fokuslanmalıdır. Əslində, Samir Abbasovun ilk oyununda qələbə qazanması da bunu edə bildiyinin çalarlarını göstərdi".

Aslan Kərimov vurğulayıb ki, bütün "Neftçi" cameəsi Samir Abbasova dəstək olmalıdır:

"Düşünürəm ki, rəhbərlik tərəfindən də ona dəstək verilməlidir. Rəhbərlik, futbolçular, texniki heyət, yəni hamı dəstək olsa, Samir Abbasov bunun öhdəsindən gələcək. Buna tam əminəm. Məncə, yaxın zamanda komanda ilk üçlük üçün rəqabət aparacaq səviyyəyə gələcək. 

Ümumiyyətlə, "Neftçi" hər zaman yuxarı yerlər və çempionluq üçün oynamağa qadirdir. Ən azından onun adı bunu tələb edir. Samir Abbasovun da baş məşqçi kimi kifayət qədər təcrübəsi var. Həmçinin, psixoloji və taktiki savad olaraq da bunu bacaracaq potensiala sahibdir. 

Lakin konkret olaraq Samir Abbasovun öz oyun üslubunu göstərə bilməsi üçün nə qədər vaxtın tələb olduğunu deyə bilmərəm. Bu, futbolçulardan və məşqlərin intensivliyindən asılı olacaq".

Pərviz

0