Asiya Oyunları çərçivəsində keçirilən Cənubi Koreya – Banqladeş kişi otüstü xokkey matçından əvvəl gözlənilməz hadisə yaşanıb.
HİT.az xəbər verir ki, Cənubi Koreyanın dövlət himni əvəzinə səhvən Şimali Koreyanın himni səsləndirilib.
Qaynarinfo.az xəbər verir ki, hadisə Yaponiyanın Gifu şəhərində yerləşən Gifu Prefectural Green stadionunda baş verib.
Yonhap agentliyinin məlumatına görə, qarşılaşma başlamazdan əvvəl səsləndirilən himnin səhv olduğu Cənubi Koreya millisinin futbolçuları tərəfindən dərhal fərq edilib. Səhv nəticəsində oyunçuların çaşqınlıq yaşadığı bildirilib.
Təşkilat komitəsi vəziyyəti qısa müddət ərzində düzəldib. Əvvəlcə Banqladeşin, daha sonra isə Cənubi Koreyanın dövlət himni səsləndirilib.
Hadisəyə baxmayaraq, Cənubi Koreya millisi oyunda inamlı nəticə göstərib. Komanda Asiya Oyunlarında A qrupundakı ilk qarşılaşmasında Banqladeşi 5:0 hesabı ilə məğlub edib.
Beləliklə, himnlərin səhv salınması ilə yadda qalan qarşılaşma Cənubi Koreyanın böyük hesablı qələbəsi ilə başa çatıb.
Samir


