Mürsəl İbrahimov yeni rəis təyin etdi - FOTO

SOSİAL
13:44 / 27.11.2026
52

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Mingəçevir şəhər şöbəsinə yeni rəis təyin edilib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polkovnik-leytenant Ramil Qarayev təyin edilib.

O, bundan əvvəl Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsində çalışıb.

 

0