“Barselona” azarkeşlərinə bəd xəbər

İDMAN
00:04 / 10.05.2020
1220

“Barselona”nın müdafiəçisi Samuel Umtiti zədələnib.

Fransalı futbolçu bu gün baş tutan məşq zamanı sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Kataloniya təmsilçisinin futbolçuları martın 14-dən məşq edə bilmirdi. Komandanın bu gün baş tutan ilk məşqində isə Umtitinin sağ ayağından zədə aldığı açıqlanıb. Lakin onun sağalma müddəti ilə bağlı heç bir məlumat verilməyib.

Koronavirus pandemiyasına görə dayandırılan İspaniya La Liqasında 2019/20 mövsümünün iyun ayında bərpa olunması gözlənilir.

2
Unikal.org