Zaur AzTV-yə niyə gedibmiş? - SƏBƏBİ BİLİNDİ

MAQAZİN
14:05 / 30.04.2020
2071

Teleaparıcı Zaur Baxşəliyevin AzTV-də işə başlaması xəbəri yalan çıxıb.

O, AzTV-də “Çıxışa doğru” verilişinə qonaq qismində dəvət olunub. Aparıcı çəkilişlərdə iştirak etmək üçün kanala gedib. Bu da Baxşəliyevin orada işə başıaması barədə şayiələrin yaranmasına səbəb olub.

Qeyd edək ki,  aparıcı sosial şəbəkədə AzTV-də çəkilən fotosunu yayımlayıb. Baxşəliyev fotoya "Mənə bir AzTV verin" şərhini yazıb. İzləyicilər onun AzTV-yə keçdiyini düşünərək, təbrik ediblər. // Ölkə.az

4