Hacı Nurandan Sefo ilə bağlı paylaşım: "Sən demə reperin..." - FOTO

MAQAZİN
21:21 / 06.05.2023
490

Tanınmış aparıcı Hacı Nuran Hüseynov konsert üçün Bakıda olan Türkiyənin məşhur ifaçısı Sefo ilə bir araya gəlib.

HİT.az xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edib.

"Bəs görəsən onun əsl adının nə olduğunu bilirdizmi? ... Sən demə reperin əsl adı Seyfullah imiş… 1998-ci ildə Samsunda dünyaya göz açan Seyfullah musiqi aləminə 2018-ci ildə qədəm qoyub… Özü də "Yalan" mahnısı ilə… Oxuduğu bütün mahnıları pop ritmi üzərindədir… Amma onu da qeyd edim ki, Sefo həm də ali təhsilli mütəxəssisdir… O, Esenyurt Universitetinin məzunudur. Çox pozitiv, enerjili gəncdir... Gülərüzdür... İlk kəlmədən "Mən Bakıya aşıq oldum", dedi... Biz də onun mehribanlığına heyran qaldıq...", - deyə aparıcı qeyd edib.

0