Televiziya aparıcısı əyləncə zamanı öldü - FOTO

MAQAZİN
20:02 / 11.05.2023
839

İtaliyada keçirilən "Böyük Qardaş" yarışma proqramı ilə məşhurlaşan televiziya ulduzu Monika Sirianni ölüb.

Dostları ilə İtaliyanın Katanzaro əyalətindəki Soveria Mannelli bölgəsinə gedən Monika Sirianni əylənərkən yıxılıb.

Bildirilib ki, 37 yaşlı Monika Siriannini xilas etmək mümkün olmayıb.

İnfarkt keçirmiş ola biləcəyi ehtimalına diqqət çəkən Monika Sirianninin ölümünün dəqiq səbəbi hələ açıqlanmayıb.

Sirianni 2011-2012-ci illərdə yayımlanan "Böyük Qardaş"ın 12-ci mövsümündə iştirak edib. O, şouya qatıldıqdan bir ay sonra şoudan kənarlaşdırılıb.//Lent.az 

0