Məhkəmə Müşviqin iddiasına baxacaq

MAQAZİN
11:23 / 14.05.2023
490

Azərbaycanın məşhur komediya aktyoru, rejissor və teleaparıcı Müşviq Şahverdiyev ölkənin tanınmış şirkətlərindən biri olan “Cinemazadeh” MMC-yə (VÖEN – 1403588261) qarşı qaldırdığı məhkəmə iddiası üzrə növbəti iclas may ayının 30-da keçiriləcək.

OLAY yazır ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatında olan iş üzrə daha əvvəl 3 dəfə hazırlıq iclası keçirilib. Məhkəmə iddiasının müqavilədən əmələ gələn öhdəliklər üzrə mübahisələr səbəbilə qaldırıldığı bildirilir.

Məlumat üçün bildirək ki, daha əvvəl “Cinemazadeh” MMC tərəfindən də Müşviq Şahverdiyevə qarşı məhkəmə iddiası qaldırılmışdı.

Onu da qeyd edək ki, 16.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınan “Cinemazadeh” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Hüquqi ünvanı Nəsimi rayonu, Üzeyir Hacıbəyov, ev 51, m. 20-də yerləşən MMC-nin qanuni təmsilçisi Axundzadə Cəfər Rafiq oğludur.

0