Azərbaycanlı aparıcının səsi batdı

MAQAZİN
09:50 / 17.05.2023
708

Aparıcı Günay Malikqızının başına iş gəlib. 

HİT.az xəbər verir ki, o efirdə olarkən səsi batıb. 

Bu barədə Günay özü məlumat verib. O, sosial şəbəkə hesabında paylaşım edərək efir zamanı səsinin batdığını bildirib:

"Səsim batdı… Həyatımda birinci dəfədir ki, efirdə belə hal yaşadım. Efirə qədər səsim var idi, danışırdım. Studiyaya girdim və səsim yavaş-yavaş batdı. İndi tamamilə çıxmır. Səsim olmadan özümü aciz hiss edirəm. Kim belə vəziyyətlə rastlaşıb? Nə etmisiniz?".
Qeyd edəki ki, Günay Malikqızı İTV kanalında yayımlanan "Qarabağ gündəliyi" verilişinin aparıcısıdır. 

0