Müğənnilərin yeni toy qiymətləri dodaq uçuqlatdı - SİYAHI

MAQAZİN
10:30 / 19.05.2023
2664

Müğənnilərin toy qiymətləri hər zaman aktual mövzulardan biri olub. Lakin ölkədə baş verən müəyyən valyuta və qiymət dəyişiklikləri az da olsa, ulduzların qiymətlərinə təsir edib.

Referans.az şoubiznes ulduzlarının son toy qiymətlərini araşdırıb. Bu qiymətlər toyda iştirak şərtlərinə görə dəyişir. 

Məsələn yarım saatlıq çıxış üçün qiymət, bütöv toy qiymətlərindən azı 3-5 dəfə az olur. Amma toyu əvvəldən-axıra qədər idarə edən müğənnilər ansambl, aparıcı, rəqs qrupu və ümumi şou-proqramı xərclərini də xidmət haqqına əlavə edir.

Müğənnilərin yarım saatlıq və limitsiz (toy başlayandan qurtarana qədər) toy qiymətlərini təqdim edirik:

Müğənnilərin həm yarım saatlıq, həm də bütöv toy qiymətləri:

Nuri Sərinləndirici - 8500 AZN, 23800 AZN
Abbas Bağırov - 5000 AZN, 18000 AZN
Xatirə İslam - 4000 AZN, 11000 AZN
Nadir Qafarzadə - 3000 AZN, 10000 AZN
Damla Məmmədova - 3000 AZN, 5000 AZN
Talıb Taleh - 3000 AZN, 6000 AZN
Şəbnəm Tovuzlu - 3000 AZN, 5000 AZN
Tərlan Novaxnılı - 1500, 5000 AZN
Aqşin Fateh - 1500 AZN, 2500-3500 AZN
Türkan Vəlizadə - 2000 AZN, 4000 AZN

1