Xalq artisti Röyadan cazibədar FOTOLAR

MAQAZİN
08:56 / 23.05.2023
765

Xalq artisti Röya Ayxan yeni fotosessiya ilə diqqətləri üzərinə cəmləyib.

Bizim.Media xəbər verir ki, sənətçi restoranların birində fərqli tərzdə fotoqraf Ağasəməd Şahzadənin obyektivi qarşısına keçib.

Estrada ulduzu bu dəfə yasəmən rəngə bürünüb, açıq çiyinlərini isə uzun şalla bağlayıb.

Röyanın geyimləri üzərində dizayner Zümrüd Mirzəliyeva çalışıb. Xalq artistinin vizajı və saç düzümü isə peşəkar stilist Elnur Həsənova məxsusdur.

Qeyd edək ki, hazırda yeni layihələr üzərində çalışan Röya Ayxan bunun üçün Türkiyəyə yollanıb. O, bu yaxınlarda bir neçə klipini təqdim edəcək.

0