Razi Əliyeva evli olan sevgilisi tərəfindən döyüldü - FOTO

MAQAZİN
11:05 / 31.05.2023
1244

Daxili İşlər Nazirliyi (DİN) model Razi Əliyevanın sevgilisi tərəfindən döyülməsi iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.

“Araşdırma aparılır. Əlavə məlumat veriləcək”, - DİN rəsmisi vurğulayıb.

Xatırladaq ki, R.Əliyeva sevgilisi Ziya Hüseynzadə tərəfindən döyüldüyünü, işgəncələrə məruz qaldığını iddia edir.

***

Model Razi Əliyeva sevgilisi Ziya Hüseynzadədən şikayətçidir.
 
“Qafqazinfo” xəbər verir ki, o bu barədə instaqramda paylaşım edib.
 
R.Əliyeva son bir il ərzində başına gələnləri yazıb: “Adsız bir nömrədən gələn bir ismarışa görə məni döyürdü. Gedib aydınlaşdırırdı, məlum olurdu ki, günahkar deyiləm və üzr istəyirdi. Telefonumu əlimdən alırdı və hamı ilə mənim adımdan yazışırdı ki, kiminləsə danışıb-danışmadığımı öyrənsin, eyni zamanda, bu gün üçün material hazırlayırdı. Sonra isə hər şeyi silirdi ki, görməyim. Bütün şəkillərimi özünə göndərirdi ki, sonra məni şantaj etsin. Məni evdə bağlayırdı ki, ondan qaça bilməyim. Sutkalarla döyürdü, bıçaqla işgəncə verirdi, sonra duşa aparıb bütün qanı və öz izlərini yuyurdu. O məni hər şeyə görə döyürdü. Mən isə ondan qaça bilmirdim.
 
Ondan qorxurdum. Qorxurdum ki, kimsə bu haqda öyrənər. Qorxurdum ki, anam bilsə, halı pisləşəcək. O, gizli şəkildə başqası ilə nikaha girib, sonra üç dəfə mənə evlilik təklif edib. Sonuncu dəfə anamın yanına qaçmışdım, o isə gəlib qapımızı sındırdı. Gəlib təhdid və şantaj edirdi ki, əgər geri qayıtmasam, məni biabır edəcək və bütün həyatımı korlayacaq. Mənim yerimə başqası olsaydı, çoxdan özünü asardı. Və əgər mənim, anamın və yaxınlarımın başına nəsə gəlsə, bilin ki, bunun günahkarı odur”.
 
Model paylaşımında Daxili İşlər Nazirliyinin (DİN) rəsmi instaqram hesabını işarələyib.
Bundan başqa, R. Əliyevanın görüntüləri, yazışmaları, şəxsi fotoları paylaşılan TikTok səhifəsi açılıb. İddia olunur ki, təqdim olunan mesajlar Raziyə məxsusdur və o, sevgilisinə xəyanət edib. Həmin hesabın ifşa məqsədilə Ziya Hüseynzadə tərəfindən açıldığı deyilir.
 
 
 
0