Sərdar Ortaç klip çəkilişinə davam edə bilmədi - SƏBƏB

MAQAZİN
10:56 / 02.06.2023
514

Türkiyəli məşhur müğənni Sərdar Ortaç pərəstişkarlarını məyus edib.

HİT.az xəbər verir ki, sənətçi "Bilsəmki" klipinin çəkilişlərini yarımçıq tərk edib.

Buna səbəb 2,5 ay öncə qardaşının rəhmətə getməsidir. Klipdə tabut daşıma səhnələrinin olması müğənniyə ağır itkisini xatırladıb. O, həmin səhnələrin klipdən çıxarılmasını tələb edib. Sərdar Ortaç buna rəğmən, klip çəkilişinə davam edə bilməyib. O, 2 saat sonra çəkilişləri yarımçıq tərk edib. Bununla da klip çəkilişi növbəti dəfə təxirə salınıb.

Qeyd edək ki, Sərdar Ortaçın Mehmet Çevik ilə duet oxuduğu "Bilsəmki" mahnısının klipini toplamda 6 dəfə təxirə salıb.

Pərviz

0