Laçında "Laçınım" səslənəcək, Əməkdar artist konsert verəcək

MAQAZİN
16:36 / 09.06.2023
398

Əməkdar artist, muğam ifaçısı Ehtiram Hüseynov Laçında konsert verəcək.

Bu barədə HİT.az-a onun özü məlumat verib. Xanəndə sözügedən konsert layihəsinin iyunun 16-da reallaşacağını bildirib. 

Müğənninin sözlərinə görə, konsertdə “Laçınım” mahnısını oxuyan laçınlılar iştirak edəcək.

Azra

0