Əli Mirəliyev: \"İndi meymunu da müğənni etmək olar\"

14:11 / 18.08.2023
527

“Efirə çıxan hər adam sənətkar deyil. Əlində mikrafon var, oxuyur, amma sadəcə cibi üçün. Gələcəkdə onlar Əməkdar və Xalq artisti fəxri adını da ala bilərlər”.

Bunu Hit.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. Onun sözlərinə gərə, bu gün efirə çıxanların arasında 10 nəfər müğənni var və onlar gələcəkdə sənətkar adını alacaq:

“Sənətkar olmaq çox çətindir. 100 ildə bir dəfə yetişən sənətkarlar var. İlhamə Quliyeva, Rəşid Behbudov, Şövkət Ələkbərova, Müslüm Maqamayev, Flora Kərimova kimilərdən yoxdur. Bir daha olmayacaq. Çünki bunlar səhnəni korifey sənət adamlarından öyrənib. İndi oxumağa nə var ki: İndi meymunu da müğənni etmək olar. Hər şey texnikanın əlindədir”.

Əli Mirəliyev deyib ki, indiki müğənnilərin hər biri texnikanın hesabına pul qazanır.

Azra

0