Bakı konsertində Hadisəyə üzük bağışlandı - FOTO/VİDEO 

MAQAZİN
11:48 / 27.08.2023
789

Türkiyənin məşhur pop ulduzu Hadisənin Bakıda dənizkənarı məkanların birində canlı solo konserti baş tutub. 

Sənətçi yüksək enerjisi, çılğın rəqsləri və səhnə perfomansı ilə onu seyr etməyə gələn tamaşaçılara unudulmaz anlar yaşadıb.  

Musiqi ziyafətində repertuarında yer alan hit və sevilən mahnılarını səsləndirən Hadisəyə gözlənilməz sürpriz olunub. Belə ki, pop ulduzun qız pərəstişkarlarından biri ona bahalı zinət əşyası - üzük hədiyyə edib.  

Həmin hədiyyəni sevə-sevə qəbul edən müğənni səhnədə barmağına taxaraq bu sözləri dilə gətirib:

"Çox gözəl ürək formasında bir üzük hədiyyə aldım. Sizdən alqış istəyirəm. Çox təşəkkür edirəm. Çünki real "Team Hadise" (Hadisə fanat komandası) var. Hər zaman yanımdasınız. Çox sağolun". //Bizim.Media 

0