Əməkdar artist təyyarəyə minməməsinin səbəbini açıqladı

MAQAZİN
16:24 / 16.09.2023
460

"30 min manatlıq təklifdən imtina etdim". 

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Sənətçi bildirib ki, buna səbəb təyyarəyə minə bilməməsidir:

"Dedim ki, istəmirəm, Allahın verdiyi ömürü vətənimdə salamat yaşamaq istəyirəm. 2003-cü ildə Moskvadan toydan gəlirdim, dedilər İranda təyyarə qəzaya düşüb, çoxlu adam ölüb. Onu eşidəndə özümə söz verdim ki, bir də təyyarəyə minməyəcəm". 

Yusif Mustafayev bildirib ki, vətənini hər şeydən üstün tutur: 

"Dünən ad günüm idi, nəvələri yığdım başıma, doyunca əyləndik. Bundan gözəl nə ola bilər ki?"

 

0