"Kurtlar Vadisi" başlayır?

MAQAZİN
17:32 / 16.11.2023
527

Türkiyənin əfsanəvi seriallarından olan "Kurtlar Vadisi"nin davam edib-etməyəcəyi ilə bağlı müzakirələr səngimir.

Serialın izləyiciləri hər fürsətdə onun davam etməsini istədiklərini söyləyirlər. Layihə rəhbərləri də müxtəlif zamanlarda ekran işinin yenidən çəkiləcəyi barədə açıqlamalar veriblər. "Kurtlar Vadisi"ndə canlandırdığı "Polat Alemdar" obrazı ilə bütün dünyada tanınan Necati Şaşmaz da dəfələrlə layihənin davam edəcəyini açıqlayıb. O, bir neçə dəfə serialın "Kurtlar Vadisi Kaos" adlanacağını deyib, hətta yeni ssenari barədə də məlumat verib. Necati Şaşmaz ötən il "TRT 2" telekanalında qonaq olarkən də "Kurtlar Vadisi Kaos"un çəkilişlərinin 2023-cü ilin yanvar ayında başlayacağını açıqlamışdı. Lakin bu açıqlamanın üzərindən 1 il keçdi, artıq il başa çatır. Buna rəğmən, serialın çəkilişlərinin başlama ehtimalının belə olmadığını görürük. 

Bəs "Kurtlar Vadisi" nə üçün başlamır?

Necati Şaşmaz əfsanəvi serialın yenidən çəkilməsi üçün Türkiyədəki bir çox telekanallarla danışıqlar apardı, amma maddi səbəblərdən dolayı razılıq əldə olunmadı. Mediada yayılan iddialara əsasən, Şaşmaz hər bölüm üçün 1 milyon lirə tələb etsə də, heç bir telekanal onunla razılaşmır. Xüsusilə, "Kurtlar Vadisi Pusu"nun son sezonundakı reytinqlərin aşağı olması və "Kurtlar Vadisi Vatan" filminin gözləntilərin altında qalması telekanalları təmkinli davranmağa vadar edir. Həmçinin, layihənin məxsus olduğu "Pana Film" şirkəti ilə "Netflix", "Disney Plus", "Exxen" kimi bəzi platformalarla da danışıqların uğursuz yekunlaşdığı önə sürülür.

Reallıq odur ki, bu gün belə "Kurtlar Vadisi"nin böyük auditoriya kütləsi var. "YouTube"da sözügedən serialla bağlı hər hansısa detal videoları və ya keçmiş bölümlərindən səhnələr yayımlananda yüzminlərlə baxış yığdığını nəzərə almaq lazımdır. 

Əslində, 7 ildir "Kurtlar Vadisi"nin yenidən başlamasını səbirsizliklə gözləyən böyük bir kütlə var. Lakin telekanallar və "Pana Film"in tələbləri üst-üstə düşmədiyi üçün əfsanəvi serialın ekranlara qayıtması daha da gecikir. 

Kim bilir, bəlkə "Kurtlar Vadisi" də "Leyla ile Mecnun" kimi bir gün yenidən yayım həyatına başlayacaq. Ancaq əfsuslar olsun ki, yaxın zamanda belə bir ehtimal yoxdur...

Pərviz

0