Zamirə Dadaşova "Space"yə qayıdacaq? - AÇIQLAMA

MAQAZİN
15:45 / 17.11.2023
512

“Əsas məsələ odur ki, haqq öz yerini tapıb və mən qalib olmuşam".

Bunu Hit.az-a açıqlamasında “Space” TV-dən işdən çıxarılan aparıcı Zamirə Dadaşova telekanaldakı işinə bərpa olunması ilə bağlı məhkəmə qərarından danışarkən deyib. 

O, bu qərara görə çox sevindiyini bildirib: “Sağ olsunlar, hər kəsin sevincini hiss edirəm. Uduzan utansın, əsas məsələ budur”.

"Fəaliyyətinizi “Space”də davam etdirəcəksiniz" sualına Zamira Dadaşovanın cavabı belə olub:

“Bu barədə danışmaq istəmirəm. Qoy sirr kimi qalsın, orada işləyəcəm, ya işləməyəcəm, onu zaman göstərəcək”.

Qeyd edək, Yasamal Rayon Məhkəməsi Zamirə Dadaşovanın “Space” TV-dəki işinə bərpa olunması barədə qərar qəbul edib. İddiaçının işləmədiyi dövrə görə əməkhaqqının ödənilməsi ilə bağlı tələbi də təmin edilib.

Xatırladaq ki, bir müddət əvvəl Zamira Dadaşova sosial şəbəkədə “Space” TV-nin rəhbəri Vado Korovindən şikayətçi olduğunu qeyd etmişdi.

Azra

0