Rəmişin evini 280 min manata kim satıb?

MAQAZİN
20:20 / 20.11.2023
411

Xalq artisti, mərhum sənətkar Rəmişin (Rafiq Hüseynov) sağlığında yaşadığı evi satılıb. 

Qaynarinfo xəbər verir ki, sənətkarın Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi, İnşaatçılar metrosu, "Ağ çiçəyim" şadlıq evinin yaxınlığında yerləşən 3 otaqlı mənzili 280 min manata satılıb. 

Məsələ ilə bağlı mərhumun həyat yoldaşı Gülü ilə əlaqə saxlamağa çalışdıq. Lakin Gülü xanım danışmaq istəməyərək, telefonu qapadıb.

0