"Qəlbimdəki acı o qədər böyükdür ki..."

MAQAZİN
20:37 / 26.11.2023
246

İş xanımı Elnarə Bəkirova qətlə yetirilən atası Kamran Bəkirovla bağlı paylaşım edib.

HİT.az xəbər verir ki, Elnarə atası üçün darıxdığını bu sözlərə yazıb:

"Nə qədər danışıb, gülməyə çalışsam da, sənsizlik məni məhv edir. Qəlbimdəki acı o qədər böyükdür ki, bütün dünya səssizcə yanar".

Qeyd edək ki, aprelin 6-da Sabunçu rayonunda 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub. Həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub. Cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.

Prokurorluqdan bildirilib ki, hadisə Nardaran qəsəbəsində pul mübahisəsi zəminində baş verib. K.Bəkirovun küt alətlə xəsarət yetirməklə qəsdən öldürülməsi və meyitinin rayonun "Ləhiş bağları" ərazisindəki su quyusuna atılmasına əsaslı şübhələr müəyyən edilib.

0