Manaf Ağayev fəxri ad istəyir? - AÇIQLAMA

MAQAZİN
16:52 / 28.11.2023
434

"Heç yerdə deməmişəm ki, mənə fəxri ad verilsin".

Bunu Hit.az-a açıqlamasında müğənni Manaf Ağayev deyib.

Müğənni çıxışında belə fikirlər səsləndirmədiyini qeyd edib: 

"Verilişdə qonaq idim. Sual verdilər ki, sizin fəxri adınız var? Dedim ki, yox. Dedilər niyə sizə fəxri ad verilmir, bildirdim ki, versələr nə xoş. Nə vaxt istəsələr, verəcəklər. İndi bunu montaj edib, adımdan yayırlar. Həmin adamlara bildirmək istəyirəm ki, mən bu vaxta kimi heç kimdən  nəsə istəməmişəm, nə də istəmərəm. Əgər lazım bilsələr, mənə də ad verəcəklər".

Azra

0