Xatirə polisə müraciət etdi: "Zənglərə cavab vermir..."

MAQAZİN
12:59 / 01.12.2023
487

Xatirə İslama qarşı dələduzluq olunub.

HİT.az xəbər verir ki, bu haqda ifaçı "instagram” hesabında məlumat verib.

Belə ki,müğənni, bir xanımın fotosunu yayımlayaraq polisə müraciət edib:

"Bu dərzini tanıyan, bilən varsa bizə yazın. Bütün parçalarımızı paltar tikmək adı ilə aparıb, lakin zənglərə cavab vermir. Adı Gülnisədir. Mən ölkəmizdə olan qayda və qanunlara cox güvənirəm, Azərbaycan polisi, şikayətimi qəbul edin", deyə Xatirə müraciətində qeyd edib.

0