Britni Spirs anası ilə barışdı, atasının ayağı amputasiya edildi

MAQAZİN
16:04 / 05.12.2023
422

Amerikalı müğənni Britni Spirs anası Linn ilə barışıb. 

HİT.az xəbər verir ki, bu barədə "People" məlumatlı mənbəyə istinadən xəbər yayıb.

68 yaşlı Linn qızının 42 yaşını Britninin qardaşı Brayanla qeyd etməyə gəlib.

"O, Britninin həyatının bir hissəsi olmaq istəyir. Britni hələ də əziyyət çəkir və anasının ona kömək etmək üçün daha çox şey edə biləcəyini düşünür. Amma onun dostları azdır və ailəyə ehtiyacı var", deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, Britni inadkarlıq nümayiş etdirir, lakin anası ilə münasibətlərini yaxşılaşdırır:

"Anası onu sevir, buna heç bir şübhəm yoxdur. O, çox peşmandır və günahını etiraf edir. Britni onunla vaxt keçirməyi xoşlayır, onların münasibətləri mürəkkəbdir, amma görünür, bir-birinə ehtiyacı var".

Bu arada, Britni Spirsin atası Ceymi Spirsin infeksiyaya görə ayağı amputasiya edilib. Bu bir ay əvvəl baş versə də, indi məlumat yayıb.

Sənətçiyə yaxın mənbə TMZ-yə nəşrə bildirib ki, Ceymi bir neçə həftə əvvəl geniş infeksiyaya yoluxduğu üçün xəstəxanaya yerləşdirilib. İnfeksiyanın yayılmasının qarşısını almaq məqsədi ilə beş uğursuz əməliyyat keçirilib, lakin həkimlər sonda qalan yeganə yolun amputasiya olduğuna qərar verib.

TMZ-nin məlumatına görə, Ceymi hazırda özünü çox yaxşı hiss etmir, o cümlədən qızının qəyyumluğu ilə bağlı qalmaqala görə. Bununla belə, mənbələr nəşrə bildiriblər ki, son vaxtlar Britni Spirs atasına qarşı yumşalmağa başlayıb, bəzən onun üçün darıxdığını deyir, hətta bir dəfə ona pul göndərmək istədiyini bildirib.

"Cemiyə gəlincə, o, qızı ilə barışmaqdan başqa bir şey istəmir və heç bir pis niyyəti yoxdur", deyə TMZ-nin həmsöhbəti qeyd edib.

Samir

0