Fədayə Laçın səhhətindən danışdı: "Kim deyir ki, xəstəyəm"

MAQAZİN
17:50 / 05.12.2023
373

“Onu kim deyir ki, mən xəstəyəm? Səhhətimdə heç bir problem yoxdur, yüngül xəstəlikdir”.

Bunu Hit.az-a açıqlamasında müğənni Fədayə Laçın xəstəliyi ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib. 

Sənətçi boğazında problemlərin olduğunu bildirib:

“Boğazım ağrayır, öskürürəm, halsızlıq və baş ağrısı... Həkimə də getmişəm, müalicə yazıb. Soyuq olub. Gözəl, isti vətənimdən gəlib Moskvada qara düşdüm. Görünür hava dəyişikliyi ilə əlaqədardır”.

Fədayə Laçın yeni mahnılar üzərində işlədiyini qeyd edib:

“Mahnının sözləri və musiqisi Elşad Kubinkanındır. Mahnılardan biri “Yalanlardan bezmişəm” adlanır. Səhhətim kimi bu mahnı da gündəm olacaq".

Azra

0