Tərlan Novxanı Qarabağda klip çəkdirəcək? - Özü AÇIQLADI 

MAQAZİN
16:00 / 15.01.2024
1184

"Mənim Vətən müharibəsindən öncə "Azərbaycan" adlı mahnım var idi. Onu Qarabağa və şəhidlərə həsr etmişdik".

Bu sözləri Hit.az-a açıqlama verən məşhur müğənni Tərlan Novxanı deyib.

O, müharibə dönəmində də Qarabağa həsr olunan mahnılar yazdığını xatırladıb:

"Həmin dönəmdə də hərbçilərimiz, əsgərlərimiz üçün döyüş ruhiyyəli mahnılar yazdıq. İnşallah Şuşa, Xankəndi, Laçın, ümumi Qarabağ barəsində də yeni mahnı nəzərdə tuturam. Allah nəsib edərsə, yaxın zamanlarda olar". 

Tərlan Novxanı Qarabağda konsert vermək istədiyini də deyib:

"Dövlət xətti ilə Qarabağda konsert versəm daha çox sevinərəm. Allahın izni ilə yaxın gələcəkdə onu da həyata keçirərik. Əslində, hələ Qarabağda çox işlər var, öncə onlar tamamlanmalıdır. Daha sonra isə orada konsert proqramı nəzərdə tutmalıyıq. 

Həmçinin, Qarabağda klip də çəkdirməyi düşünürəm. Yaxın gələcəkdə bu hədəflərimi reallaşdırmaq istəyirəm". 

Pərviz Şimşək

0