Həkimlər Əli Mirəliyevə efirə çıxmağa icazə vermir

15:56 / 21.02.2024
450

"Həkimlər efirə çıxmağa icazə vermir".

Bunu Hit.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. 

Sənətçi bunun səbəbini bir müddət öncə səhhətində yaranan problemlə əlaqələndirib:

"Qəfildən səhhətim pisləşdi, xəstəxanaya yerləşdirildim. Həkimlər mədə-bağırsağımı yudular. Bir neçə gün müalicə olundum və evə buraxıldım. Hazırda müalicəm ev şəraitində davam edir. Bu səbəbdən həkimlər bir müəddət efirdən, səhnədən uzaq olmağımı məsləhət bilib".

Əli Mirəliyev səhhətinin qeydinə qalacağını vurğulayıb.

Azra 

0