Bred Pitt sevgilisinə sərt tələblər qoyub

MAQAZİN
22:32 / 27.02.2024
382

Hollivud aktyoru Bred Pitt sevgilisi İnes de Ramon üçün sərt tələblər irəli sürüb. 

HİT.az xəbər verir ki, bu barədə "In Touch" mənbəyə istinadən məlumat yayıb.

Bred Pitt bir neçə ildir mətbuatda müzakirə olunan aktrisa Ancelina Colidən boşandıqdan sonra şəxsi həyatının təfərrüatlarını açıqlamamağa çalışır. Mənbənin dediyinə görə, sənətçi sevgilisi İnes de Ramonu gizlilik müqaviləsi imzalamağa məcbur edib.

"Bu, İnesə güvənməməsi ilə bağlı deyil. O, sadəcə şəxsi həyatına dəyər verir. Bred Pittin statusuna sahib insanlar istəmirlər ki, onların mesajları və ya özəl bir həyatları ictimaiyyətə məlum olsun", deyə mənbə izah edib.

Lakin bir müddət sonra aktyorun nümayəndəsi mənbənin sözlərini təkzib edib.

2022-ci ilin noyabrında ilk dəfə Bred Pitt və İnes de Ramon arasında münasibətlər haqqında şayiələr yayılıb. Cütlük Bononun Los-Ancelesdəki konsertində, daha sonra isə aktyorun yeni "Babil" filminin premyerasında görüntülənib. 

Bred Pittin yeni sevgilisi dietoloq, fitnes məşqçisi və zərgərlik dizayneridir. O, məşhurlar cəmiyyətinə "The Vampire Diaries" filminin aktyoru Pol Uesli ilə evliliyi sayəsində daxil olub. Bu yaxınlarda ulduzlar Bred Pittin ailəsi və dostları ilə görüşdükdən sonra bir araya gəliblər.

Samir

0