Faytonçu Nazim: "O yaşda sənətkar efirə çıxıb, belə şeylər danışmalı deyil"

MAQAZİN
14:30 / 07.03.2024
353

“Bəzi sənətkarlar var, sosial proqramlara çıxıb ekspert kimi çıxış edirlər. O verilişin aparıcıları da vəziyyəti elə şəklə gətirilər ki, sənətkar qalmaqala düşür. Flora xanım mənim ustadım olub.İstəmirəm ki, onun kimi böyük sənətkarı belə qalmaqallara salalar”.

Bu fikirləri Hit.az-a Faytonçu Nazim adı ilə tanınan Nazim Pişyari deyib.

“Əvvəllər efirə tez-tez çıxırdım. İndi çıxmazdan öncə aparıcıya da baxıram, ora dəvət olunan qonaqlara da. Hər adamla efirə çıxmıram. Flora xanımı çağrırılar , qəsdən elə suallar verirlər ki. o da cava verəndə aləm qarışıq”,- deyə o qeyd edib.

Murad

0