Rüfət Nasosnu və Nüşabə Musayeva arasında qalmaqal - Nə baş verib?

16:32 / 07.03.2024
673

"Nüşabə Musayeva qanun qarşısında cavab verəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Rüfət Nasosnu Nüşabə Musayevanın sosial şəbəkədə onu təhqir etməsinə aydınlıq gətirərkən deyib. 

Meyxanaçı Nüşabə Musayevanı məhkəməyə verdiyini qeyd edib:

"Məhkəməyə müraciət edəcəyəm, dövlət və onun qanunları var. Biz yiyəsiz deyilik. Azərbaycan vətəndaşıyıq. Əgər bir insan bir insanı təhqir edirsə, mütləq Azərbaycan dövlətinin qanunları qarşısında cavab verməlidir. Bunun başqa yolu yoxdur. Sözlərimdən narazı idisə, telefon var, zəng edib iradını da bildirə bilərdi".

Qeyd edək ki, müğənni Nüşabə Musayeva meyxanaçı Rüfət Nasosnunu təhqir edib. Meyxanaçı efirdə sənətçi ilə bağlı tənqidi fikirlər səsləndirib. Bundan sonra Nüşabə Musayeva  sosial şəbəkə hesabında Rüfət Nasosnunu təhqir edib:

"Ə düdük, sən öz aləmində guya mənimlə məzələnib məni ələ salırsan? Başın qaçıb sənin? Kimlərlə səhv saldın məni? Sənin ağzını cıraram  bir də hansısa verilişdə mənə söz deyib atmaca atarsan, sonra da təkrar o qələti edib səhifəndə  paylaşarsan, bildin?! Məni kimləsə qarışdırma. Adamını tanı, özünə tay olanlarla məşğul ol! Bu paylaşıma görə, mənə kimsə ağız açmasın. Məndən üzr istəməyənədək bu paylaşım silinməyəcək. Vaxt tap özünə hörmət elə, sonra  da yerini və həddini bil. Mən kimsələrə bənzəmərəm. Sən yəqin qadın görməmisən, ağzının qatığını dağıdanın... Dabanımda olan hörmət sənin başında yoxdur. Ağıllı ol!".

0