Samirə Yusifqızı ilə Oqtay Kamil sürprizə hazırlaşır: "Partlayışlarımız olacaq"

MAQAZİN
13:25 / 11.03.2024
406

Meyxanaçı Samirə Yusifqızı ilə meyxanaçı Oqtay Kamil tamaşaçılarına bayram sürprizi hazırlayır.

Bu barədə Hit.az-a açıqlamasında Meyxanaçı Samirə Yusifqızı məlumat verib. 

O, hazırda Oqtay Kamillə bir neçə mahnı üzərində işlədiyini qeyd edib:

"Hazırlaşırıq, Oqtayla yeni duetlərimiz gəlir. Yaxın günlərdə mahnıların üzərində işlə başa çatacaq. Oqtay Kamil heç vaxt ucuz işlər arxasınca getməz. Bu yaxınlarda meyxana aləmində partlayışlarımız olacaq".

Azra 

0