Namiqlə Aygün yenidən duet oxuyacaq

MAQAZİN
14:03 / 11.03.2024
395

Meyxanaçı Namiq Qaraçuxurlu Xalq artisti Aygün Kazımova ilə yeni duet hazırladıqlarını açıqlayıb.

Sənətçi bu haqda "Gül kimi şou"da danışıb. O bildirib ki, artıq mahnı da seçilib:

"Deyirlər bizim duet başlayandan, başqalarının toyu azalıb. Bununla fəxr edən deyiləm. Bu bazarın adamları var, mən də bu bazardayam. Yeni duetlə bağlı ilk addımlar atılıb. Yeni mahnı da seçilib. Qalıb bunu həyata keçirtmək. Proses gedir".

Qeyd edək ki, A.Kazımova və N.Qaraçuxurlunun illər əvvəl oxuduğu "Sevirəm", "Bağlanıram" duetləri illərdir hitdir. //Axşam.az 

0