Bred Pitt Ancelina Coli ilə uşaqların birgə qəyyumluğundan imtina etdi

MAQAZİN
19:02 / 29.03.2024
276

Bred Pitt məhkəmədə Ancelina Coli ilə övladlarının birgə himayəsindən imtina edib. 

HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Əvvəlcə Bred Pitt üçü övladlığa götürülən altı uşağın birgə qəyyumluğunda israr etsə də, indi onun nümayəndəsi Ancelina Colinin iddialarını mübahisələndirməyi dayandırıb. Aktyor iddiasından geri çəkilib. İndi aktrisa uşaqların tam qəyyumluğunu özündə saxlayacaq və Pitt yalnız ziyarət hüququna sahib olacaq.

Bred Pitt və Ancelina Colinin altı övladı var: 3 oğlan və 3 qız. Onların Coli-Pitt soyadını daşıyır, baxmayaraq ki, yalnız üçü Ancelina və Bredin bioloji övladlarıdır. 19 sentyabr 2016-cı ildə aktrisa boşanmaq üçün ərizə verib, məhkəmə rəsmi 2019-cu ildə yekunlaşıb.

Samir

0