"Fəlakət" türk serialından aldığı qonorardan danışdı

MAQAZİN
19:48 / 30.03.2024
347

Aktyor Elşən Orucov ("Fəlakət") Türkiyədə seriala çəkilməsindən danışıb.

"Zaurla Günaydın" proqramına qonaq olan ifaçı ona ünvanlanan sualları cavablandırıb.  Elşən nə qədər qonorar alması ilə bağlı suallara belə cavab verib:

"Yüksək qonorar alıram. Hazırda çəkildiyim serial 10 seriyadır, 4 bölümündə mən varam. TRT-də gedəcək. "Ben bu cihana sığmazam" serialında bir bölümdə oldum. Amma yenidən olacam. Hətta bir bölümü Qarabağda çəkəcəyik. Danışmışıq, razılıq alınıb".

Qeyd edək ki, Elşən türkiyəli aktyor Ozan Akbabanın "Çırak" serialında rol alır.//Axşam.az 

0