Xalq artisti: "Son vaxtlar aptekləri varlandırmaqla məşğulam"

MAQAZİN
18:33 / 15.04.2024
313

"Yubileyimdən sonra elə bil gözə gəldim. Ancaq aptekləri varlandırmaqla məşğulam. O qədər çox xəstələnirəm ki, bütün qazancımı iynə dərmana verirəm".

Bu sözləri Hit.az-a Xalq artisti aktrisa Naibə Allahverdiyeva deyib.

"Dalbadal qrip oldum. Əslində bu qrip deyil, nədirsə təhlükəli virusdur. Ayaq ağrılarımla məşğul idim, virus, qızıdırma o dərdimi unutdurdu. Gərək Çildağa gedəm. Yoxsa bu qədər xəstələnməyimə ayrı məna vermək olmaz. Yorğun salıb xəstəliklər məni", deyə aktrisa vurğulayıb.

Murad

0