5 yaşlı oğluna milyonluq maşın aldı, daha sonra təkzib etdi - FOTO/VİDEO

MAQAZİN
23:57 / 16.04.2024
268

Türkiyəli motosiklet yarışçısı Kenan Sofuoğlu övladı Zeynə milyonluq maşın alıb.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə mətbuatında xəbərlər dərc edilib.

Qeyd edilib ki, Kenan hələ cəmi 5 yaşı olan övladına milyonluq avtomobil bağışlayıb.

Sosial şəbəkələrdə və mətbuatda Sofuoğlunun milyonluq maşını bəzətdirərək oğlu üçün sürpriz etdiyi görüntülər yayılıb.

Bundan sonra Kenan açıqlama yayaraq kadrları təkzib edib. O maşını almadığını, bir dostunun onun oğlunun ad günü üçün gətirdiyini deyib. 

"Bu maşın bizim deyil, bir dostumundur. Zeyni sevindirmək üçün maşını onu bəzəyib ad gününə gətirdi".

 

0