Xidmətçisi Fatimənin evindən oğurluq edib

MAQAZİN
11:45 / 02.05.2024
363

Rəqqasə Fatimə Fətəliyevanın evindən oğurluq edilib.

Bu barədə o, "Xəbərin var?" verilişində qonaq olarkən deyib. Fatimə 4 il evində çalışan qadının ondan oğurluq etdiyini açıqlayıb:

"Anam yaşlı qadındır, iş görə bilməz, mənimlə birlikdə yaşayır. Mən də hər gün qaça-qaçda olduğum üçün elə insan lazım idi ki, həm anama, həm özümə, həm də uşağıma qulluq etsin. Demək olar ki, o qadın bizim evimizdə 4 il çalışdı. İnanın mənə ki, bugünkü gün yadıma salanda şok oluram. İnsanlar necə rola girə bilirlər. Bir sözlə rol oynayırlar. 4 il o qadın rolda olub və bu müddət ərzində evimdən nələr gedib". //Axşam.az

0