"5 dəfə ərə gedən ailə tərbiyəsindən, dəlixanada yatan psixologiyadan dərs deyir. Telekanalların özünü çevirib ediblər dəlixana. Ekspert deyib efirə çıxardıqları adamların danışdıqları da biabırçılıqdan başqa bir şey deyil".
Bu fikirləri Hit.az-a Xalq artisti Şeyx Əbdül Mahmudov səsləndirib.
O son zamanlar teleməkanda yol verilən biabırçılığa belə münasibət bildirib:
"Qızlar soyunub çıxır efirə, hamısı da bir birinin oxşarı, dodaq, burun, bədən qondarma. Kişilər nə zamandan qadın kimi bəzənib-düzənir, qaşını alır, paltarını göstərir. Var-dövləti ilə öyünmək ayıbdı, bu kanal sahibləri bunu bilmirlər? Niyə kimi gəldi efirə buraxırlar və niyə bu xalqı eybəcər formada təqdim edirlər. Ayıbdır, bu xalqa xəyanətdir", - deyə o bildirib.
Murad