Britni Spirs keçmiş ərini balta ilə təqib edib

MAQAZİN
20:05 / 23.05.2024
430

Amerikalı müğənni Britni Spirs keçmiş həyat yoldaşı, məşqçi Sem Asgerini mübahisə zamanı balta ilə təqib edib. 

HİT.az xəbər verir ki, bu barədə “InTouch” cütlüyə yaxın mənbəyə istinadən yazıb.

Mənbələrin dediyinə görə, atasının qəyyumluğu götürüldükdən sonra Spirs dərmanlarını qəbul etməyi dayandırıb və idarəolunmaz hala gəlib. Əri onun davranışına hakim ola bilməyib.

"Onun üçün son damlalardan biri Britninin balta ilə onu təqib etdiyi bir mübahisə oldu. Bu epik döyüşlərdən biri idi, Sem onu ​​sakitləşdirə, onunla danışa bilmədi" deyə Asgerinin yaxınlarından biri bildirib.

Spiris və Asgeri 2022-ci ilin iyununda Paris Hilton və Selena Qomezin iştirakı ilə evləniblər. Asgeri barışmaz fikir ayrılıqlarını əsas gətirərək 17 avqust 2023-cü ildə müğənnidən boşanmaq üçün məhkəməyə müraciət edib. Yaxınları onun xəyanətlərdən, dava-dalaşlardan bezdiyini iddia edib.

Samir

0