Könül Kərimova oğlunu qohumu ilə evləndirmək istəyir

MAQAZİN
14:00 / 27.05.2024
418

"Mənim üçün vacib deyil gəlin nəyisə bacardı, ya yox. Onsuz da mətbəx mənimdir. Gəlinlə bir yerdə yaşamağı düşünmürəm. Oğlum deyir ki, bir yerdə yaşayaq".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Günaydın, Azərbaycan" proqramında deyib. Oğlu Rəşadı evləndirmək istəyən müğənni ona qohumlarından xanım seçdiyini söyləyib.

Aparıcı Xoşqədəm Hidayətqızının "Qızınızı qohuma ərə verdiniz. Bəs, oğlunuzu qohumla evləndirmək istməzsiniz" sualına K.Kərimova belə cavab verib:

"Hətta istəyirdim, hamı bilir. Qismət, hələ qalıb. Uşaqlarımın xasiyyəti elədir ki, onlara məcbur nəsə etdirə bilmərəm. Heç olmasa 50 faiz razılıq olmalıdır. Mənim də istəmədiyimi oğlum almaz".

0