23 yaşlı qızın 80 yaşlı təqaüdçü ilə evlənməsi qalmaqala səbəb oldu - FOTO

MAQAZİN
21:37 / 13.06.2024
580

Çində 23 yaşlı qadın 80 yaşlı bəylə evlənərək yerli əhali arasında qalmaqala səbəb olub.

HİT.az bu barədə "Oddity Central"a istinadən xəbər verir.

23 yaşlı Xiaofang əri ilə Hebei əyalətindəki qocalar evində könüllü olaraq tanış olub. 80 yaşlı kişi ilə çoxlu ortaq maraqlarının olduğunu anlayan qadın tez bir zamanda onunla dostlaşıb və zaman keçdikcə ona sevgisini etiraf edib. 

Çinli qadının sözlərinə görə, yaşına baxmayaraq, sevgilisi gənc enerjisi və mehribanlığı ilə seçilir.

Cütlük evləndikdən sonra bütün Çində yaşlı ər və gənc gəlin haqda məlumat yayılıb. Yerli sosial şəbəkə istifadəçiləri qadının təqaüdçü ilə yalnız puluna görə evləndiyini düşünərək evliliyi tənqid ediblər, lakin o, bu ittihamları rədd edir.

Samir

0