“Halallığını almışam”

MAQAZİN
19:27 / 18.06.2024
399

Müğənni Ayan Babakişiyeva “Çağır məni” mahnısını ifa etməsindən yazıb.

Hit.az xəbər verir ki, instaqramda paylaşım edən ifaçı mərhum Əməkdar artist Baloğlan Əşrəfovdan icazə aldığını vurğulayıb: 

“Əslində bu videonu paylaşmağımın səbəbi var. Həmkarlarım da özünəməxsus ifa edib, yeni nəfəs veriblər. Ancaq bu mahnını mən ve mənim kimi Baloğlan Eşrəfovun sevənləri onun ifasında sevdi, dinlədi. “Çağır məni” mahnısı üçün Baloğlan müəllimin özü ilə danışdım. Hələ də xatırlayıram, görüntülü danışdıq və halallığını aldım. Hətta ilk dəfə “Maşın Şou”da təqdim etdik və bir gecədə yeniden sevildi. Bu gün başqa janrlarda dinləmək mənə də çox xoşdu”.

0